Azərbaycan 2024-cü ilin sonuna kimi beynəlxalq maliyyə institutlarından (BMİ) dövlət zəmanəti olmayan yaşıl layihələr üzrə ümumilikdə 528,3 milyon ABŞ dolları həcmində maliyyələşmə əldə edib.

Bu barədə Avrasiya İnkişaf Bankından (EDB) bildirilib.

Qeyd edilib ki, indiyədək ölkə üzrə özəl sektor üzrə 13 əməliyyat təsdiqlənib. Onlardan 12-si aktiv, 1-i isə artıq tamamlanıb.

Azərbaycanın yaşıl layihələrinin maliyyələşdirilməsində üç əsas beynəlxalq maliyyə institutu iştirak edib. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu layihələrə 371,9 milyon dollar, Asiya İnkişaf Bankı (ADB) 186,4 milyon dollar, OPEC Fondu 50,0 milyon dollar ayırıb.

Maliyyələşmə əsasən enerji səmərəliliyi, bərpa olunan enerji və ekoloji davamlılıq istiqamətlərinə yönəldilib. Mütəxəssislərin fikrincə, bu layihələr Azərbaycanın enerji keçidi prosesinə, ekoloji tarazlığın qorunmasına və iqlim dəyişikliklərinə qarşı tədbirlərinə mühüm töhfə verir.
 

.