Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Şuşada olublar.
APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində ASAN xidmət mərkəzində olublar.
Qonaqlara xidmət mərkəzinin əhaliyə göstərdiyi xidmət çeşidi haqda ətraflı məlumat verilib.
Eyni zamanda, diplomatlar şəhərdə aparılan təmir, bərpa işləri ilə tanış olublar.
.
