Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdam şəhərinə səfər ediblər.

Diplomatlar Ermənistanın işğalı altında olduğu dövrdə Ağdam şəhərinin tamamilə dağıdıldığının şahidi olublar.

Diplomatlara Ağdam şəhərinin işğaldan öncəki vəziyyəti barədə məlumat verilib. Eyni zamanda diplomatlar Ağdam şəhərinin Baş Plan əsasında yenidən qurulacağı barədə məlumatlandırılıblar.

***

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Cümə məscidini ziyarət ediblər.

APA-nın məlumatına görə, diplomatlara ermənilərin işğal dövründə məsciddə törətdikləri vandallıq barədə məlumat verilib.

***
Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, diplomatlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib.

***

.