"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlər Ağdam şəhərinə səfər ediblər.

Blogerlər Ermənistanın işğalı altında olduğu dövrdə Ağdam şəhərinin tamamilə dağıdıldığının şahidi olublar.

Blogerlərə Ağdam şəhərinin işğaldan öncəki vəziyyəti barədə məlumat verilib. Eyni zamanda blogerlər Ağdam şəhərinin Baş Plan əsasında yenidən qurulacağı barədə məlumatlandırılıblar.

***

"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlərin Ağdam şəhər Cümə məscidində olublar.

Blogerlərə ermənilərin məsciddə törətdikləri vandallıqla bağlı məlumat verilib.

***

"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlərin Ağdam şəhərinə səfəri başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir. "Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.

.