Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə Nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.

İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə komissiyaya təqdim ediləcək.

.