
Xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb.
Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin
İki hissəli əsas dəyişiklərdən biri proqramın müddətinin 2024-cü ilədək uzadılmasıdır. Bu o deməkdir ki, xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək. Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmağa və müasir müalicə üsullarını tətbiq etməyə imkan yaradacaq.
İkinci dəyişikliyə görə həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədi ilə Agentliyin İdarə Heyəti sədrinin əmri ilə Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır.
Qiymətləndirmə zamanı həkim-mütəxəssisin peşəkar fəaliyyəti və şəxsi keyfiyyətləri nəzərə alınır. Həkim-mütəxəssisin altı aylıq müddət ərzində peşəkar fəaliyyəti üzrə yerinə yetirilməli olan göstəricilərə nümunə kimi bunlar qeyd edilə bilər:
- cərrahi ixtisaslar üzrə icra edilən əməliyyat sayının 120-dən az olmaması;
- terapevtik ixtisaslar üzrə müayinə edilən pasiyent sayının 2400-dən az olmaması;
- radioloq ixtisası üzə təhlil edilən nəticələrin sayının 1200-dən az olmaması;
- anestezioloq-reanimatoloq ixtisası üzrə iştirak edilən əməliyyat sayının 240-dan az olmaması və s.
Proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur. Müvafiq
Qaydaya uyğun olaraq həkim mütəxəssislərə işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 6500 və 5000 manatdan çox olduqda isə yaranacaq fərqin maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına aparılır.
.