İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, həyata keçirilən tədbirlərlə 11-18 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 43 avtomat silahı, 3 tapança, 8 tüfəng, 15 qumbara, 1 ədəd bomba (C4), 19 alışdırıcı, 209 patron darağı, 6480 ədəd müxtəlif çaplı patron, 15 ədəd süngü-bıçaq, 1 ədəd videomüşahidə dronu və digər sursatlar, Şuşa, Füzuli və Xocalı rayonları ərazisindən isə 13 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot və 60 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

.