
Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə Xankəndi şəhərində “Business Tex JV” MMC-də biznes nümayəndələri ilə görüş keçirilib.
Görüşdə işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinə verilən dövlət dəstəyi, o cümlədən gömrük güzəştləri barədə məlumat verilib.
Həmçinin gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, sahibkar və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edilib.
Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onların sualları cavablandırılıb.
.