Kolumbiya millisinin futbolçusu Xames Rodriges karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Selta" klubu ilə danışıqlara başlayıb.
Hazırda tərəflər 2026-cı ilə qədər müqavilə bağlamaq barədə müzakirələr aparırlar.
Qeyd edək ki, X.Rodriges 2014-2020-ci illərdə İspaniya təmsilçisi "Real"ın formasını geyinib. Onun son klubu "San Paulu" (Braziliya) olub.
.