ABŞ-la danışıqların İranın problemlərinin həllinə heç bir təsiri yoxdur.


Bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin komandanları ilə görüşündə deyib.


“Elə zənn etməyin ki, o hökumətlə danışıqlar masasına otursaq, hansısa problem həll olunacaq. Xeyr, heç bir problem Amerika ilə danışıqlarla həll olunmayacaq. Niyə? Biz ABŞ və digərləri ilə 2 il danışıqlar apardıq. Razılaşma əldə olundu, lakin ABŞ-nin hazırkı prezidenti buna əməl etmədi və onu parçaladı”, - İranın Ali Rəhbəri vurğulayıb.


Xamenei ABŞ tərəfindən təhdidlərin olacağı təqdirdə, onların cavabsız qalmayacağını bəyan edib.

.