Xalq artisti Ramiz Məlik müğənni Nadir Qafarzadənin izləyicilərini təhqir etməsinə şərh verib.

Axşam.az-ın məlumatına görə, aktyor sosial şəbəkədəki profilində yazıb:

"Sən deyəsən ağıllanmadın. Kölə sənin nəslindir. Xalqı təhqir eləmə. Çox harınlamısan. Oxumağın da bir şey deyil. Əvvəlki günlərini, əsgər olan vaxtlarını yadına sal. Əgər səndə abır, həya yoxdursa, ənə onu başa salarlar".

Qeyd edək ki, N.Qafarzadə sosial şəbəkədə onu tənqid edənlərə xitabən "Mən kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb" demişdi. 




 .