Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.

Bu barədə Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib: “Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”. 

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında bu gündən əyani dərslər dayandırılıb. 

.