Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadəimzalayıb.

Qərara əsasən,Nazirlər Kabinetinin"Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib:

Sıra №-siAylıq vəzifə maaşının məbləği (manatla)
1.Ali kateqoriya dövlət orqanlarında195
2.1-ci kateqoriya dövlət orqanlarında185
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında175
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında145

Əvvəlki cədvəl isə belə idi:

Aylıq vəzifə maaşının məbləği(manatla)
Ali kateqoriya dövlət orqanlarında175
1-ci kateqoriya dövlət orqanlarında165
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında155
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında130

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

.