Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
.
