Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Hicran qızı Əhmədovanı naməlum avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, A.Əhmədovaya baş-beyin silkələnməsi, alının cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub və vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.
.