Xaçmaz rayonunda baş verən meşə yanğını nəzarətə götürülüb.

Bu barədə Xaçmaz Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Yanğının məhdudlaşdırılması istiqamətində işlər davam etdirilir.

***

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir

 FHN-nin saytı xəbər verir ki, Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Xaçmazda meşə massivində yanğın başlayıb.

Yanğın Xaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə qeydə alınıb. Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

.