Xaçmazda qadın su çəninə düşərək ölüb.

Yenizaman.az-ın məlumatına görə, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.(report)

.