"WUF 13 çərçivəsində ilk dəfə olaraq şəhərsalma məsələlərini müzakirə etmək üçün dövlət başçıları bir araya gələcək".
Bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov deyib.
O qeyd edib ki, altı gün davam edəcək tədbirdə 350-dən çox müxtəlif sessiya keçiriləcək: "Burada minlərlə insan, nazirlik təmsilçiləri, merlər, icma rəhbərləri və BMT qurumları iştirak edəcək, şəbəkələrin yaradılması ilə bağlı müzakirələr aparılacaq. Bu yaxınlarda media platforması istifadəyə veriləcək və media nümayəndələri bu platformada qeydiyyatdan keçməlidirlər. Qurumun rəsmi saytı da yaxın zamanda fəaliyyətə başlayacaq”.
.
