Noyabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş lideri Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynadakı münaqişəni müzakirə ediblər.
Bu barədə məlumatlı mənbələrə istinadən “Washington Post” (WP) qəzeti yazıb.
Tərəflər arasında Avropada sülhün əldə olunması diqqət mərkəzində olub. Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı müharibənin tezliklə həllini müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.
Qəzetin yazdığına görə, hazırda nə Moskva, nə də Vaşinqton siyasətçilər arasında söhbət barədə rəsmi məlumat yaymayıb.
Nəşr iddia edib ki, Kiyev Putinə zəng barədə məlumatlandırılıb və söhbətə etiraz etməyib. Ukrayna rəsmiləri çoxdan başa düşürlər ki, Tramp Ukraynadakı vəziyyəti diplomatik yolla həll etmək üçün Rusiya lideri ilə işləyəcək.
.