Vyetnamın mərkəzi hissəsində güclü yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə "Vietnam news" yerli Təbii Fəlakətlərlə Mübarizə və Bəndlərə Nəzarət İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 5 nəfər itkin düşmüş hesab olunur. 43 mindən çox ev, eləcə də 10 min hektardan çox çəltik və digər kənd təsərrüfatı bitkiləri əkilmiş sahələr su altında qalıb.

.