Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız - Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.
Dost Azərbaycanın Sizin rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətlə izləyir və buna çox sevinirik.
Qürur hissi ilə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq uzun illər ərzində möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, tarixi münasibətlərə əsaslanan Vyetnam-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də genişlənəcəkdir.
Azərbaycana daha sürətli inkişaf, xalqınıza isə xoşbəxtlik arzulayıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm".
.