Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Bu barədə onun vəkili Hikmət Əliyev məlumat verib.

O bildirib ki, Vüqar Səfərlinin səhhətində problem var: “Bu səbəbdən artıq bir neçə gündür müalicə müəssisəsinə yerləşdirilib”.

Qeyd edək ki, Vüqar Səfərli 2021-ci ilin yanvarında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apelyasiya Məhkəməsində onun cəzası dəyişdirilmədən saxlanılıb.

.