Serbiya Prezidenti Aleksandr Vuçiç bu ilin sonuna qədər ölkədə növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırır.

Bu barədə PTC teleradio şirkəti məlumat yayıb.

"Formal və hüquqi baxımdan parlament seçkiləri ən tez mayın 31-nə və gələn ilin mart ayından gec olmayaraq təyin edilə bilər. Əgər seçkilər gələn ilin martına təyin olunsaydı, onlar növbədənkənar yox, növbəti seçkilər olardı. Mən isə insanlara seçkiləri daha tez təyin edəcəyimi vəd etmişəm. Seçkilərin ilin sonuna qədər keçirilməsini təmin edəcəyəm", - o bildirib.

.