VTB (Azərbaycan) rus bəstəkarı SergeyRaxmaninovun 150 illikyubileyinə həsr olunmuş konsertin maliyyə tərəfdaşı qismində çıxışedib. Tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı, Azərbaycandakı RusEvinin dəstəyi ilə baş tutub.
Konsertdə “Zənglər” vokal-simfonik poeması və Fortepiano və orkestr üçün ikinci konsert səsləndirilib. Konsertin dirijoru Azərbaycanın xalqartisti Yalçın Adıgözəlov olub.
Bakıda keçirilən konsertə Rusiya, Türkiyə və Almaniyadan solistlər dəvət olunub. Moskvadan olan vokalçılar Yelizaveta Kulagina (soprano) və İqorMorozov (tenor) “Zənglər” poemasında iştirak ediblər. Bariton partiyasını hazırda Almaniyada fəaliyyət göstərən məşhur opera müğənnisi Əvəz Abdulla ifa edib. İkinci fortepiano konserti Moskva Konservatoriyasının məzunu, türkiyəli pianoçu Gökhan Aybulusun ifasında səslənib.
“VTB (Azərbaycan) fəaliyyət göstərdiyi illər ərzində respublikanın mədəniyyət və incəsənət sahəsində mühüm hadisələrə fəal dəstək verib. Biz dünya şöhrətli bəstəkar Sergey Raxmaninovun yubileyi kimi geniş miqyaslı tədbirin ərsəyə gəlməsinə öz töhfəmizi verməkdən məmnunuq. Əminikki, sonuncu konsert bütün klassik musiqih əvəskarları və biliciləri üçün layiqli hədiyyə oldu”, - VTB (Azərbaycan) İdarə Heyətinin sədri İqor Okaev bildirib.