VTB (Azərbaycan) və Basketbol federasiyası əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Müqaviləyə əsasən Bank Azərbaycan basketbol liqasının rəsmi tərəfdaşı olub. Tərəfdaşlıq bir il müddətinə nəzərdə tutulub. 

“VTB üçün idmana və bədən tərbiyəsinə dəstək respublika ərazisində gördüyümüz işin mühüm hissəsidir. Biz sağlam həyat tərzini təbliğ etməyə çalışırıq və mühüm dövlət layihələrinin inkişafında iştirak etməkdən məmnunuq. Azərbaycanda bu, artıq bizim üçün yaxşı ənənəyə çevrilib - uşaq futbolu, qaçış, səmti müəyyən etmə və digər idman növləri üzrə yarışlara sponsorluq edirik. Bu təcrübə əməkdaşlarımızında “formada qalması” üçün yaxşı stimuldur. Biz milli basketbol liqasında rəqabətin artmasına, idmançıların və klubların səviyyəsinin ümumi artımına və getdikcə daha çox həvəskar və peşəkarların, xüsusən də gənclərin basketbola cəlb olunmasına töhfə verməkdən məmnunuq”, - deyə VTB (Azərbaycan)-ınidarə heyətinin sədri İqorOkaev deyib. 

VTB (Azərbaycan) sosialməsuliyyətli bank kimi müxtəlif idmantədbirlərinə sponsorluq etməklə Azərbaycan idmanını fəalşəkildə dəstəkləyir. Buil VTB “QızılPayız” və “QaçanFlaminqo”cığırqaçışı üzrə yarışlarını, səmti müəyyən etməüzrə turnirini və dağ idman klubununa çıqçempionatını maliyyələşdirib. Bank həmçinin uşaq futbolu yarışlarını dəstəkləyir, xüsusəndə bu yay 11 yaşadək uşaqlar arasında “VTB Azərbaycan Kuboku” futbol turnirini təşkil etmişdir.

.