VTB (Azərbaycan) 2023/2024-cü yeni yarış mövsümündə Azərbaycan Basketbol Liqasının rəsmi tərəfdaşı olub. Bank ikinci ildir ki bu turniri dəstəkləyir. Turnirdəölkəmizin 10 komandası iştirak edəcək.
Çempionat hər biri 9 tur olmaqla iki mərhələdən ibarətdir. Reqlamentə əsasən, mövsümü ilk altılıqda başa vuran klublar növbəti mərhələyə - pley-offa yüksələcək. Bu il liqada “Sabah”, "NTD-İndiqo" (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparacaqlar.
“Basketbol Azərbaycan üçün əsas idman sahələrindən biridir. Respublikada çoxlu sayda peşəkar idmançılar yetişib, onlar bu gün də klubların və milli komandaların tərkibində yüksək nəticələr əldə edirlər. Biz öz tərəfimizdən ölkədə bədən tərbiyəsi və idmanın, o cümlədən peşəkar səviyyədə inkişafına fəal dəstək veririk. Ötən ilin noyabrında bank Azərbaycan basketbol liqasının rəsmi tərəfdaşı kimi çıxış etdi və uğurlu əməkdaşlığımız yeni mövsümdə də davam edəcək”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodinşərh edib.
VTB (Azərbaycan) sosial məsuliyyətli bank kimi müxtəlif idman tədbirlərinə sponsorluq etməklə Azərbaycan idmanını fəal şəkildə dəstəkləyir. 2022-ci ilin noyabr ayında VTB (Azərbaycan) və ABL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən Bank milli Liqanın rəsmi sponsoru olub.
Bu il VTB (Azərbaycan) həm də Red Bull Half Court basketbol oyunlarının rəsmi tərəfdaşı kimi çıxış edib. Turda 70 milli komanda iştirak edib, onlardan ikisi - kişilər və qadınlar Serbiyada baş tutan finalda iştirak etmək imkanı əldə ediblər.
Məlumat üçün:Azərbaycan Basketbol Federasiyası 1992-ci ildə yaradılıb. 1994-cü ildə Beynəlxalq Basketbol Federasiyasının tamhüquqlu üzvü oldu. 2006-cı ildə Azərbaycanın kişilərdən ibarət komandası Albaniyada keçirilən FİBA Avropa İnkişaf Kubokunda iştirak edərək birinci yeri qazanıb. Hazırda Azərbaycan Basketbol Liqasında 8 komanda təmsil olunur.

.