"Putin indi Finlandiyaya fokuslanıb".


Bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş naziri Petteri Orpo ilə birgə Finlandiyanın Rusiya ilə sərhəd bölgəsi Lappeenrantada mətbuata açıqlaması zamanı deyib.


"2021-ci ilin noyabrında Belarus Litva, Latviya və Polşaya qarşı hibrid hücumlara başladığından bəri biz anlayırıq ki, Putin və müttəfiqləri qeyri-qanuni miqrantları bizim müdafiəmizə qarşı necə alət kimi istifadə etməyə, bizim regionumuzu qeyri-stabilləşdirməyə çalışır. İndi isə Putin Finlandiyaya fokuslanıb. Şübhəsiz ki, bu, Finlandiyanın Ukraynaya qətiyyətli dəstəyinə və NATO-ya üzvlüyünə verilən cavabdır", - deyə o bildirib.


Von der Leyen deyib ki, Finlandiyanın üzləşdiyi bu çətinlik yalnız bu ölkənin təhlükəsizliyi ilə deyil, həm də Aİ-nin təhlükəsizliyi ilə bağlıdır.

.