Avropa Komissiyası (AK) Avropa İttifaqında hidrogen yanacağı bazarının yaradılması üçün 3 mlrd. avro ayıracaq.

Xarici mətbuat verdiyi xəbərə görə, bunu çərşənbə günü Avropa Parlamentində çıxışı zamanı AK rəhbəri Ursula von der Leyen deyib.

Onun sözlərinə görə, Aİ-nin hidrogen iqtisadiyyatı spesifik bazarından kütləvi bazara köçürülməlidir.

“Biz Avropa hidrogen bankını yaradacağıq və 3 mlrd. avro gələcək hidrogen bazarının yaradılmasına kömək edəcək", - Ursula fon der Leyen qeyd edib.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Aİ-də enerji böhranının səbəbi karbohidrogenlərin qiymətinin artması deyil, onların istifadəsinin davam etdirilməsidir.

.