![](/uploads/img/posts/2024/05/07/09960169-0743-3a36-a608-bbe71557ed2a_850jpg-1715079733.jpg)
Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
Yenizaman “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, V.Zelenskiyə sui-qəsd hazırlayan casus şəbəkəsi ifşa edilib.
Təfərrüatlar hələ ki açıqlanmayıb.
Məlumata görə, agentlər Ukrayna əks-kəşfiyyat və Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində ifşa edilib. Casusların fəaliyyətinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət etdiyi bildirilib.
.