Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Məlumatı TASS yayıb.

Oktyabrın 18-də Pekində Rusiya və Çin liderlərinin təkbətək görüşü olub.

Məlumata görə, tərəflər ən xırda məsələləri belə detallı müzakirə ediblər.

Xatırladaq ki, bu gün Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu başlayıb. Foruma 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə qatılıb.

Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

.