Rusiyanın dövlət başçısı Vladimir Putin Suriya rəhbəri Bəşər Əsədlə görüşüb.
Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də Soçidə Suriyanın BMT tərəfindən tanınan rəhbəri Bəşşar Əsədlə görüşdə bildirib.
V.Putin qeyd edib ki, terrorçuluq qlobal xarakter alıb: "Terror üzərində tam qələbəyə hələ çox qalıb. Ancaq bizim terrora qarşı birgə mübarizəmiz nəticəsində Suriya ərazisində hərbi əməliyyatlar gerçəkdən başa çatmaq üzrədir”.
Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Prezidentlər Suryadakı böhranı və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər.
