Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Aleksey Yerxov Türkiyəyə yeni səfir təyin edilib.
Bu haqda Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə KİV-i A.Yerxovun səfir təyin ediləcəyi haqqında məlumat yaymışdı.
Qeyd edək ki, o, bu təyinatadək Rusiya Daxili İşlər Nazirliyi Böhran Mərkəzi İdarəsinin rəisi olub. O, həmçinin Rusiyanın İstanbuldakı baş konsulu işləyib.
