Rusiya Prezidenti Vladimir Putin sabah koronavirusa qarşı peyvənd olunacaq. 

TASS-ın xəbərinə görə, koronavirusa qarşı peyvənd istehsalının artırılması barədə müşavirədə çıxış edən V. Putin bildirib ki, vaksinasiya hər kəsin şəxsi seçimidir: “Yeri gəlmişkən, mən sabah koronavirusa qarşı peyvənd olunmaq niyyətindəyəm”. 

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, V. Putin Rusiyada istehsal olunan 3 peyvənddən biri ilə peyvənd olunacaq. 

Vaksinasiya prosesi geniş işıqlandırılmayacaq. 

.