"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmət və xoşməramlı qonşuluq prinsipləri üzərində qurulub”.
"RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.
"Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin, şübhəsiz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulamaq istəyirəm. Biz mənafelərimizi həmişə tərazlaşdırmağa çalışır və bunu bacarırıq. Hazırda Azərbaycanda, təqribən, 700 Rusiya birgə müəssisəsi fəaliyyət göstərir. Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyaların həcmi 1,5 milyard dollardan çoxdur",- V.Putin bildirib.
O qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 12 faizədək artıb.
"Güman edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda fəal şəkildə perspektivli layihələrin icrası ilə məşğul olacaqlar. İlk növbədə, bu, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və əlbəttə ki, bioloji ehtiyatları əhatə etməlidir”.
Bunu da Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Azərbaycanda Rusiyanın enerji şirkətləri uğurla fəaliyyət göstərir. Rusiya dövlət başçısı tezliklə neft-qaz yatağında kəşfiyyat işlərinə başlayacaq Rusiyanın "Rosneft” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlığını misal gətirib.
"LUKoil” şirkəti Azərbaycandakı enerji layihələrinə 4 mlrd. dollara yaxın vəsait yatırıb. Neft nəqli sahəsində əsas inhisarçımız "Transneft” isə Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə etibarlı şəkildə nəqlini təmin edir”,- deyən V.Putin Xəzərin hüquqi statusuna dair konvensiyanın da iki ölkə arasında qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. Həmçinin həmin sənədin tam həcmdə implementasiyası üçün hələ görüləcək xeyli işlərin olduğu da qeyd olunub.
"Rusiya Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən rus dilinə göstərilən dəstəyi yüksək qiymətləndirir".
Bunu da öz növbəsində Vladimir Putin deyib.
Rusiya Prezidenti Azərbaycanda 300-dən çox məktəbdə tədrisin rus dilində aparıldığını da vurğulayıb.
