Azərbaycan, Türkiyə və Ermənistanla münasibətlər Gürcüstanın iqtisadi inkişafına və təhlükəsizliyinin təminatına zəmin yaradır.
Bunu Gürcüstan parlamentinin sədr müavini Sozar Subari deyib.
Sozar Subari bildirib ki, Gürcüstan təhlükəsizliyini qorumalı və çoxvektorlu siyasətin inkişafı üçün əlindən gələni etməlidir.
Vitse-spiker Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsinə də toxunaraq vurğulayıb ki, ölkə avrointeqrasiya yolundadır:
“Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüyə 2030-cu il üçün daha hazırlıqlı olacağını bəyan edib. Biz artıq bu yoldayıq və əgər o vaxta qədər Avropa İttifaqı mövcud olacaqsa, biz üzvlüyə hazır olacağıq”.
Sozar Subari Gürcüstanın NATO-ya qoşulması perspektivlərini də şərh edərək deyib ki, Ukrayna nümunəsi Alyansın qapılarının heç zaman illərdir bəyan edildiyi kimi açıq olmadığını sübut edib.
.
