Bank VTB (Azərbaycan) Visa Direct Premium kredit kartı istifadəçiləri üçün Loyallıq proqramına start verdi. Yeni proqram çərçivəsində ticarət-iaşə müəssisələrində VisaDirect Premium kart sahibləri alış-veriş zamanı bonus şəkilində mükafat qazanacaq. Hər bonus 1 manata bərabərdir. 30 iyun tarixinədək bonuslar 2% həcmində nəzərdə tutulur. 

Təklifin müddəti başa çatdıqda tranzaksiyanın məbləğindən asılı olaraq  bonuslar0,5%, 1% 1,5% təşkil edəcəkdir. Bonuslar kredit kartı ilə edilən alış-verişlər üçün nəzərdə tutulur və hər ay 5 iş günü ərzində hesablanır. 

Bank kart sahibinə bonus balansı və istifadə qaydaları haqqında məlumatı SMS vasitəsilə təqdim edir. Bonusları əldə etmək üçün WhatsApp (+994 55 214 09 86), 986 qısa nömrəsi və ya [email protected] elektron ünvanı vasitəsilə bankla əlaqə saxlamaq və yığılmış bonusların geri qaytarılması üçün sorğu vermək lazımdır. Növbəti 3 iş saatı ərzində bank hesablanan məbləği müştərinin kart hesabına köçürəcəkdir.
.
VTB (Azərbaycan)-ın Loyallıq proqramı haqqında ətraflı məlumatı bankın korporativ saytında əldə etmək mümkündür. 
 

.