Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin şahid kimi dindirilməsini 286 jurnalist işıqlandıracaq. 

AzNew.az Kiyevin Svyatoşinsk rayon məhkəməsinə istinadən xəbər verir ki, bu jurnalistlər arasında rusiyalı mətbuat nümayəndələri çoxluq təşkil edir. 

Keçmiş prezident Viktor Yanukoviç 25 noyabr tarixində Kiyevin Svyatoşinsk rayon məhkəməsində "Berkut” xüsusi təyinatlı milis dəstəsinin 5 sabiq əməkdaşının işi üzrə şahid qismində dindirililməsi video konfrans rejimində həyata keçiriləcək. 

Ukraynada 2014-cü ildə ləğv edilən "Berkut” xüsusi təyinatlı milis dəstəsi ölkədəki kütləvi etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edən əsas struktur olub.

Yenizaman.az
.