“Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”.

Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, vaksin təhlükəsizdir: “Ümumiyyətlə, “Coronovac” vaksini təhlükəsizdir və heç bir ağırlaşma halı olmur”. 

Qeyd edək ki, fevralın 23-ə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş 1-ci doza,  35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.

Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə Çinin Sinovac şirkətinin istehsalı olan “Coronovac” peyvəndindən istifadə olunur. 

.