COP29-da Macarıstanı ölkənin Baş naziri Viktor Orban təmsil edəcək.

Bu barədə Macarıstanın Azərbaycandakı Səfiri Tamaş Torma Macarıstanın Milli günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.


“O, bir ildən az müddətdə Azərbaycana üçüncü dəfə səfər edəcək. COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsir edici bir iş görür. Şübhə yoxdur ki, Macarıstan və Macarıstan səfirliyi Azərbaycanın sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, Azərbaycan tədbirə uğurla ev sahibliyi edəcək”- deyə səfir qeyd edib.

.