Vidadi Zeynalovun qardaşından açıqlama verdi.
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov azadlığı çıxıb. Belə ki, bu barədə Vidadi Zeynalovun yaxınlarından biri Bizim Yol-a məlumat verib. Onun cəzaçəkmə müaəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə vaxtından əvvəl şərti olaraq azadlığa çıxdığı bildirilib.
Xəbər saytımızda dərc olunduqdan sonra özünü Vidadi Zeynalovun yaxınları kimi qələmə verən şəxslər saytımızla əlaqə saxlayaraq keçmiş aparat rəhbərinin azadlığa çıxması xəbərinin həqiqətə uyğun olmadığını bildirib.
Bizim Yol isə məsələ ilə bağlı Vidadi Zeynalovun qardaşı Vahid Zeynalovu tapıb və onunla əlaqə saxlayıb. Vahid Zeynlaov yayılan xəbəri təkzib edə bilməyəcəyini bildirib.
"Siz bu xəbəri hardan almısız. Yazmisiz ki, bizim yaxınlarımız verib, kim verib deyin…
Əməkdaşımızın isə Vidadi Zeynalovun azadlığı çıxması haqda məlumat yalandırsa, o zaman siz açıqlama verin sizin adınızdan yazaq ki, məlumat yalandır fikrinə Vidadi Zeynalovun qardaşı belə cavab verib.
"Mən təkzib verə bilmərəm. Bu barədə açıqlama da verə bilmərəm.”
Əməkdaşımızın isə təkidlə əgər məlumatın yalan olduğunu deyirsizsə o zaman açıqlama verin yazaq yalandır, biz də təkzib verək. Vahid Zeynalov isə yenə eyni cavabı verib.
"Mən təkzib edə bilmərəm. Siz yazın ki, belə bir şey yoxdur.”
Bizim Yol isə bildirir ki, xəbəri qanunlar çərçivəsində yayıb. Xəbərlə bağlı Pentensiar xidmətdən açıqlama almaq istəsək də, onlar məlumatı təkzib etməyib. Sadəcə qeyd ediblər ki, azadlığı çıxsa da qanunlar icazə vermir, bu barədə məlumat verək. Yanlız azadlığa çıxan şəxsin yaxınları və ya özü bu barədə açıqlama verə bilər. Vidadi Zeynalovun qardaşının isə təkzib verməməsi azadlıq xəbərini bir daha təsdiqləyir.
.
