Bu ilin yanvar-may aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5,8 mlrd. manat vergi daxil olub, proqnoza 149,3 faiz əməl edilib.

Xidmətdən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,3% və ya təxminən 2 mlrd. manata yaxın (1,99 mlrd. manat) artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 3,9 mlrd. manat olub, proqnoza 130,3% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 909,5 mln. manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 41,8% və ya 1,15 mlrd. manat artıb.

Regionlar üzrə daxilolmalar 476,5 mln. manat olmaqla, proqnoz 114,0% icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 22,4% artıb.

Ödənilən vergilərin 67,3%-i qeyri-neft-qaz sektorunun, 32,7%-i isə neft-qaz sektorunun payına düşüb.

.