ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimi üçün cümə axşamı İsveçrəyə səfər etməyi planlaşdırmır.
Bunu Vensin sözçüsü jurnalistlərə açıqlaması zamanı deyib.
O səfərin təxirə salınması ilə bağlı heç bir əlavə məlumat verməyib.
"Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid isə Vensin səfərinin təxirə salınmasını Tehranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola biləcəyini deyib.
.
