Vaxt gələcək, Gəncə cinayətini törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək.
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib.
Mustafa Şentop bildirib ki, Gəncədə mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Vaxt gələcək, Gəncə cinayətini törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək.
“Ermənistanın Naxçıvana genişmiqyaslı hücumu olacağına düşünmürəm”.
Bunu da bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.
M. Şentopun sözlərinə görə, Ermənistanın məqsədi odur ki, Azərbaycanı və Türkiyəni təhrik edərək, özünün səbəb olduğu müharibəni, atəşi ətraf bölgələrə də yaysın: “Ətrafdakı ölkələr siyasi cəhətdən daha ağıllıdir, belə bir məsələ olmaz. Biz işğalçının məğlub ediləcəyinə inanırıq”.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri bir neçə gün əvvəl Naxçıvana raket atıb. Raket Ordubad rayonu ərazisinə düşüb.
.
