Vaşinqton və Kiyev nümayəndə heyətləri arasında keçirilən görüşdə Ukraynanın müharibədən sonrakı bərpası məsələsi qaldırılıb.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

"Tərəflər ayrı-ayrılıqda Ukraynanın müharibədən sonrakı rekonstruksiyası, ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri və uzunmüddətli yenidənqurma layihələrinin dəstəklənməsi üçün gələcək rifah məsələsini müzakirə ediblər", - sənəddə vurğulanıb.

Qeyd olunub ki, danışıqlarda ABŞ prezidentinin elçisi Stiven Uitkoff, ABŞ liderinin kürəkəni, sahibkar Cared Kuşner, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov iştirak ediblər.

 

.