Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərək təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi və mətbuatla əlaqələr üzrə məsul şəxs olub.
 

.