
"Üç həftədən sonra keçiriləcək Riqa sammitində ən azı Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalamaq istərdik. Riqa sammitində Azərbaycan bizim üçün prioritet təşkil edəcək”.
Bunu Bakıda keçirilən III Qlobal Forum çərçivəsində təşkil olunan paneldə çıxış edən Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib. O bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün real strateji tərəfdaşdır: "Azərbaycan enerji təchizatı, təhlükəsizlik məsələlərində çox önəmli rola malikdir”.
V. Zatlers Ukrayna-Rusiya münaqişəsi ilə bağlı müəyyən irəliləyişə nail olunacağına ümid etdiklərini də söyləyib: "Avropa İttifaqı sülh istəyir. İspaniyalılar, italiyalılar Şimali Afrikadakı münaqişələri, Şərqi Avropa xalqları Ukraynadakı münaqişəni daha yaxşı başa düşürlər. Biz öz qonşularımıza görə narahatıq. Biz öz təcrübəmizi onlarla bölüşməliyik”.