"Avqustun 8-də İran və Rusiya prezidentlərinin Bakıda keçiriləcək görüşü ölkələr arasındakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq".
"RİA Novosti"i xəbər verir ki, bunu Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri, İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi Rusiya energetika naziri Aleksandr Novak ilə görüşdə deyib.
"Liderlərin 2015-ci ildə Tehrandakı görüşü Rusiya və İran arasındakı münasibətlərin kulminasiya nöqtəsi oldu. Həsən Ruhani və Vladimir Putin arasındakı növbəti görüş münasibətləri yenə səviyyəyə çıxarmağa yardım edəcək", - deyə M.Vaezi bildirib.
Xatırladaq ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
.
