Elm və Təhsil Nazirliyi üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən müəllimlərin aqibətinə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.

Qeyd olunub ki, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikatlaşdırma nəticəsinə əsasən vəzifə maaşına əlavə sertifikatlaşdırmanın test və müsahibə mərhələsində uğur qazanan təhsilverənlər üçün nəzərdə tutulub.

30 avqust-1 sentyabr tarixlərini əhatə edən prosesdə 11 mindən çox ibtidai sinif müəlliminin sertifikasiyadan keçməsi planlaşdırılır.

.