Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Robertu Azevedonun vəzifədən gedəcəyi tarix məlum olub.
"Reuters" verdiyi xəbərə görə, Robertu Azevedo avqustun 31-də postundan gedəcək. 62 yaşlı Azevedo 2013-cü ildən quruma rəhbərlik edir və onun səlahiyyət müddəti 2021-ci il avqustun sonunda başa çatmalı idi. Lakin o, bir il tez vəzifəsindən gedəcək.
.
