"COVID-19 peyvəndlərinin paylanması ilə bağlı balans pozulub. Bu, şokedicidir".
“Guardian” verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhonom Qebreyesus deyib.
“Yüksək gəlirli ölkələrdə orta hesabla hər dörd nəfərdən biri COVID-19 əleyhinə peyvənd olunub. Aşağı gəlirli ölkələrdə isə hər 500 nəfərdən biri peyvənd edilir”, - deyə baş direktor bildirib.
.
